Astronomik vahid | |
---|---|
Ümumi məlumatlar | |
Ölçdüyü anlayış | uzunluq[1][2] |
Astronomik vahid (AU və ya UA) — uzunluq ölçüsü. Yer kürəsi ilə Günəş mərkəzi arasındakı orta məsafə vahid olaraq seçilərsə, bu uzaqlığa astronomik vahidi (AV) deyilir.
1 Astronomik Vahidi (AV) = 149 597 870 km
İşıq ili (İİ) = 63240 AV = 9.5x10 ^ 15 m
Parsek (PC) = 206265 AV = 3.1x10 ^ 16 m = 3.26 İİ
Astronomiyada digər qəbul olunan uzunluq ölçüləri Parsek və İşıq ili ilə bərabər Astronomik vahidindən də istifadə olunur.